Direktor

Əziz sayt ziyarətçisi sizi salamlayıram ! Şirkətimiz 2019 cu ildən Azərbaycan bazarında stomatoloji sahədə öz yerini tutmuşdur. Əməkdaşlıq etdiyimiz beynəlxalq şirkətlərin məhsullarını bütün dünyadaki peşəkar həkimlər istifadə edir. Məhz bu baxımdan ölkəmizdə də həkimlərin həm peşəkarlıq, həm də uğurlu nəticələri üçün Avropa, Amerika və Koreya kimi nəhəng ölkələrin istehsal etdiyi şirkətlərlə çalışırıq. Şirkətimiz bir sıra xidmət sahələri ilə ölkəmizdə fəaliyyət göstərən stomatoloqlarla əməkdaşlıq edir. Məhz bu baxımdan bizimlə əməkdaşlıq edib bir sıra kapmaniyalardan yararlana, həmçinin öz işinizdə daha da peşəkar nəticələr əldə edə bilərsiniz. Hazırda bizimlə əməkdaşlıq edən üç yüzün üstündə stomatoloq mövcuddur. Bunlardan 258 nəfəri ortodont, digərləri isə cərrah, terapevt və ortoped kimi fəaliyyət göstərir. Əmin ola bilərsiniz ki, satışını həyata keçirdiyimiz hər bir məhsulun həm xarici (ISO. EC, FDA), həm də yerli sertifikatları mövcuddur. İnsan sağlamlığı üçün heç bir zərəri olmayan məhsullarımız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən idxalına icazə verilmişdir. Bizim məqsədimiz ətrafımızda olan hər bir vətəndaşın sağlam və gözəl gülüşə sahib olmasını təmin etməkdir. Bunun üçün isə bizimlə əməkdaşlıq edən bütün stomatoloqlara öz təşəkkürümü bildirirəm.

 

Hörmətlə 

İlqar Xəlilov / Direktor

DXL əsl Alman implantları artıq ORTHOBAKU MMC `də!

X