ALIGNER NƏDİR?
ALIGNER ÜSTÜN CƏHƏRLƏRİ
İSTİFADƏ QAYDASI
ALIGNER NƏDİR?
ALIGNER və ya ELAYNER müasir stomatologiyada diş əyriliklərinin müalicəsi üçün istifadə edilən ortodontik müalicə üsuludur. Breketləri əvəz edən şəffaf formalı plastik materialdan olan elaynerlər çox asanlıqla istənilən vaxt çıxarılıb taxıla bilər.
ALIGNER ÜSTÜN CƏHƏRLƏRİ
- İstənilən vaxt taxılıb çıxarıla bilir.
- Gözə görünməzlik , şəffaf olması.
- Daha sürətli və ağrısız müalicə üsulu.
- Təmizlənməsi çox rahatdır.
- Müalicə nəticəsinin öncədən bilinməsi.
İSTİFADƏ QAYDASI
- Səhər və axşam soyuq və ya ilıq su altında yuyulmalıdır.
- İsti içkilər içmək olmaz, yalnız soyuq və ya ilıq içkilər mümkündür.
- Gün ərzində ən azı 14-16 saat taxılmalıdır.
- Gigiyena üçün nəzərdə tutulmuş plastik qabda saxlanmalıdır.
- Hər 2 həftədən bir həkim tərəfindən təyin edilmiş növbəti mərhələ kappa taxılmalıdır.

ORTHOLINE
ORTHOBAKU şirkətinin tərkibində fəaliyyət göstərən ORTHOBAKU diş texnikliyi laboratoriyasına məxsus ORTHOLINE brendi Elayner sistemini müasir standartlara uyğun şəkildə hazırlayır. Elaynerlərin hazırlanması zamanı istifadə edilən xüsusi proqram təminatı İtaliya şirkətinə məxsusdur. 2018-ci ildən etibarən laboratoriyada görülən işlər arasında Elayner sistemləri də əlavə edilmişdir.