ORTHOBAKU DİŞ TEXNİKLİYİ LABORATORİYASI
Ortodontik çıxan aparatlar
Ortodontik aparatlardan kiçik yaşlı pasientlərdə diş sırası və çənə qüsurlarını aradan qaldırmaq üçün nəzərdə tutulub. Təyinatından asılı olaraq çıxan ortodontik aparatlar müxtəlif formada hazırlanır. Pasientlərin kiçik yaşlı olmasını nəzərə alaraq aparatlara müxtəlif rənglər və bəzəklər əlavə edilə bilər. Bizim laboratoriyada Almaniyanın Scheu-Dental firmasına məxsus qövslər, vintlərdən , polimer və monomerdən istifadə edilir.
Çıxan ortodontik aparatlar:
• Shwarz aparatı
• Fan type aparatı
• Hawley aparatı
• Bertoni aparatı
• Twin blok aparatı
• Sanders aparatı
• Monoblok aparatı
• Frenkel I, II, III, IV
Ortodontik çıxmayan aparatlar
Daha çətin patologiyalarda çıxmayan ortodontik aparatlardan istifadə edilir. Ortodontik aparatların təyinatı həkim stomatoloq tərəfindən təyin edilir. Bu aparatlar damaq genişləndirici, distalizasiya, mezializasiya və ya çənə korrektoru kimi funksiyaları yerinə yetirir. Bu aparatlar yeniyetmə və daha çox yaşlı pasientlərdə istifadə edilir.
Çıxmayan ortodontik aparatlar:
• RPE ( Rapid Palatal Expander) aparatı
• MSE ( Maxillary Skeletal Expander) aparatı
• Pendex aparatı
• Pendulum aparatı
• Herbst aparatı
• Space regainer aparatı
• Distal jet aparatı
Aligner (şəffaf kappa) sistemi
Müasir stomatologiyada ən çox yayılmış bu sistem ortodontik müalicə zamanı istifadə edilən ənənəvi breketləri əvəz edir. Aligner sistemi şəffaf elastik kappalardan istifadə edilərək müalicə olunur. Belə ki, pasient müxtəlif nömrəli kappaları 2 həftə intervalla dəyişir və mükəmməl nəticələr əldə edilir. Breketlərdən fərqli olaraq alignerlər istənilən zaman çıxarılıb taxıla bilir.
3D Texnologiyası
Dünyada hal hazırda yayılmış dijital təxnologiya stomatologiyadanda yan keçmir. 3D həm ortodontiyada, həm də ortodontiyada istifadə edilir. Xüsusi maye və UV, DLP vasitəsi ilə hazırlanan plastmas əşya, model və.s 3D texnologiyasının nə dərəcədə önəmli bir funksiyaya malik olduğuna sübutdur. Hazırda intraoral (ağız içi) skanerlər vasitəsi ilə ənənəvi ölçü qaşıqları və materiallarına ehtiyac qalmır. Bu pasientlərin daha komfortlu və dəqiq müalicəsi üçün çox müsbət rol oynayır.
Müvəqqəti konstruksiyalar
İmplantologiya və ortodontik müalicədə adentiya (itirilmiş dis) zamanı imlant əkildikdən sonra və ya implanta hazırlıq mərhələsində olmayan dişi süni dişlə əvəz edə, həmçinin müxtəlif ortodontik aparatlarla boşluqları doldurmaq mümkündur.
CAD/CAM Texnologiyası
Müasir stomatologiyada 3D texnologiyasının tətbiq olunduğu və pasientlərdə ortopedik və ortodontik müalicə zamanı CAD/CAM sisteminə müraciət edilir. Xüsusi kəsim cihazı olan CAD/CAM zirkonyum, titanyum kəsim, həmçinin mum və plastik blokların yonulmasını həyata keçirir. Splintlərin hazırlanması zamani da bu cihazlardan istifadə edilir.